AiDP sədri hərbi hissədəki qətliamı ordudakı kadr hazırlığının düzgün aparılmaması, qohumbazlıq və digər məsələlərlə əlaq<

img

04-02-2010 [02:21]


Daşkəsəndəki N saylı hərbi hissədə 6 nəfərin ölümü ilə nəticələnən qanlı olay cəmiyyətimizin bütün üzvlərini sarsıdıb. Baş vermiş faciə ilə bağlı fikirlərini Müstəqil İnformasiya Agentliyi ilə bizimlə bölüşən Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı deyir ki, bu hadisə ermənilərlə döyüş zamanı verdiyimiz itkidən qat-qat təsirli hadisədir: ?Çünki bu hadisədə qardaş-qardaşa silah çəkib?. Hadisənin baş vermə səbəbləri ilə bağlı fikir bildirən AİDP sədri hesab edir ki, bu faciə ordunu xalqın gözündə nüfuzdan sala biləcək bir məsələdir: ?Bir çoxları deyir və misallar gətirirlər ki, dünyanın ən inkişaf etmiş silahlı qüvvələrində də belə qanlı hadisələr baş verir. Ona görə də bu faciənin ordumuzu və onun rəhbərliyini nüfuzdan sala bilməz. Bəli, mən də digər ölkələrin ordularında bu tipli qanlı olayların baş verdiyini inkar etmirəm. Amma müqayisəni ətraflı aparmaq lazımdır. Məsələ burasındadır ki, bizim ordumuzu gözdən sala biləcək digər məqamlar da var. Bir vaxtlar fərarilik baş alıb gedirdi. Həbsxanalar fərari əsgərlərlə dolu idi. Son vaxtlar bu hal azalsa da tamamilə kəsilib deyə bilmərik. Bundan başqa bir qədər imkanı olanların daha rahat bölgələrdəki hərbi hissələrdə qulluq etməsi adi hala çevrilib. Bu isə hansı neqativ prosesin nəticəsidir, hesab edirəm ki, deməyə ehtiyac yoxdur. Hər kəs yaxşı bilir. Yəqin ki, telefon kamerasına çəkilən əsgərlərin şillələnməsi və təhqir edilməsi görüntülülərini də unutmamısınız. Kontura görə əsgərləri döyən zabitlər də bizim ordumuzda xidmət edirlər. Əlbəttə bu məqamları dilə gətirmək bir vətəndaş kimi məni ağrıdır. Amma bu bir reallıqdır və ordumuzun və onun rəhbərliyinin ayağına yazılıb?. T.Abbaslının fikrincə, istintaq araşdırmalarının nəticəsindən asılı olmayaraq baş verən qanlı olay uzun müddət ərzində həllini tapmayan problemlərin nəticəsidir: ?Ordu qurculuğunda yol verilən səhvlər, ədalətli davranışın zəifliyi, şücaət nümunələrinin təbliğ olunmaması, xalqla ordu arasında ünsiyyətin və xalqın orduya nəzarətinin olmaması, kadr hazırlığının və seçiminin düzgün aparılmaması, bu məslədə qohumbazlığa və neqativ hallara yol verilməsi, həmçinin orduda mənəvi təbliğatın olmaması bu və ya digər faciəli hallarla nəticələnir?. AİDP sədri onu da qeyd etdi ki, ordu ilə din adamlarının arasında ünsiyyətin zəifliyi də əsgər və zabitlərdə mənəvi problemlərə yol açır: ?Biz dəfələrlə bu məsələni qaldırmışıq. Təklif etmişdik ki, həm həbsxanalarda, həm də silahlı qüvvələrdə ruhanilərin imkanlarından istifadə etsinlər. Əsgərlərlə ruhanilərin görüşləri təşkil olunsun?. AİDP sədri millət vəkillərinin cəbhə xəttinə səfərlərini də xatırlatdı: ?Bu yaxşı hal idi. Amma nədənsə bir-iki səfərdən sonra proses dayandırıldı. Görünür bu səfərlər kimlərəsə sərf etmirdi?. AİDP sədri sonda onu da qeyd etdi ki, xalqımız son qanlı olay zamanı ölənlər üçün acımaqla bərabər psixoloji sarsıntı keçirir: ?Onu nəzərdən qaçırmaq olmaz ki, ölkəmizdə hər bir ailənin orduda nümayəndəsi var. Kimisi əsgərdir, kimisi zabit. Belə hallar orduda yayınma halının artmasına, hərbi təhsili almaq istəyənlərin bu arzusundan vaz keçməsinə səbəb ola bilər. Hesab edirəm ki, belə bir proqnozu vermək üçün mütəxəssis olmaq lazım deyil, xalqın arasına çıxmaq yetər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA